Yanğının profilaktikasına olan müasir yanaşma, yanmanın başlanmasına imkan verilməməsinə yönəlmiş çox ciddi vasitələr arsenalını nəzərdə tutur. Belə bir istiqamət daima inkişaf etməlidir – çünki, yeni texnologiyalar tikinti işinə yeni konstruktor formaları ilə bərabər, yeni kompozit (əvvəllər istifadə edilməmiş) materiallar da gətirirlər. Xidmət təklif etmə sahəsində bu tipli işlər yerinə yetirən təşkilatın məlumat və bilik bazası ilə yanaşı, sertifikatlaşdırılmış mütəxəssislər ştatının da olması zəruridir.
Konstruksiyaların profilaktik oddan mühafizə işlərinin aparılması zamanı mütəxəssislər tərəfindən potensial yanma yerlərində olan materialların siyahısı tutulur. Bu zaman yanmaya meylli materiallarla yanaşı, həm də yanmayan materiallar da siyahlya alınırlar.
Taxta və plastik, pərdə parçası və xalça örtükləri, divar kağızları (oboylar) və kabel xətləri və digər - tikintidə istifadə olunan tezalışan materialların heç də tam olmayan siyahısıdır. Bütün bu materiallar üçün, onların odadavamlılığını artıran xüsusi hopdurucu tərkiblər mövcuddur. Bundan başqa, konstruksiyaların oddan mühafizəsi yanmayan materialların da xüsusi maddə ilə örtülməsini nəzərdə tutur. Belə bir örtük onların deformasiyaya uğrama müddətlərini artıraraq, konstruksiyanın ümumi oda müqavimətini gücləndirir.
Bir şeyi diqqətdə saxlamaq lazımdır: yanğının profilaktikası, hətta ən zəif və kiçik yanğından belə yaranan zərərin aradan qaldırılmasına sərf olunan zəhmətdən daha nəcib və effektiv bir işdir. Yanğın baş vermiş otaq və ya sahə demək olar ki, elə həmin andaca əsaslı təmir olunmağı tələb edir. Lakin birbaşa zərərdən başqa, yanğının dolayısı ilə vurduğu ziyanı: odun söndürülməsi, tüstülənmənin və iyin aradan getməsi üçün yerin uzun müddət ventilyasiya edilməsi, his izlərinin aradan aparılması kimi bir çox digər zərərləri hesablamaq daha çətindir.